İcra başçısı şəhid övladını öz maşınında məktəbə apardı: Foto tənqidə səbəb oldu

İcra başçısı şəhid övladını öz maşınında məktəbə apardı: Foto tənqidə səbəb oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Bakı meri Eldar Əzizovun kürəkəni Anar Tağıyevin 15 sentyabr – Bilik Günündə öz xidməti avtomobili ilə şəhid övladını məktəbə aparmasını əsk etdirən görüntü yayılıb.

Tribuna.az  xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan foto geniş müzakirəyə səbəb olub.

Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri bunu icra başçısının şəhid ailəsinə hörmət və ehtiramının nümunəsi adlandırsalar da, digərləri  bunu reklam xarakterli çəkiliş olduğunu bildiriblər.

Onların fikrincə, icra başçısı bu yaxşı əməli peşəkar çəkildiyi bəlli olan fotolarla reklam etməkdənsə, xüsusi reklama ehtiyac olmadan da edə bilərdi.

Bəzi istifadıçilər Yevlaxda əhalinin vəziyyətinə diqqət çəkərək icra başçısını bu problemlərin həllinə çağırıblar.

Hətta istifadəçilərdən biri icra başçısının avtomobili də daxil olmaqla, fotoda görünən 3 avtomobilin ümumi qiymətinin 1,4 milyon manat olduğunu yazıb.

“Cebheinfo.az”