İki gündür Bakıda müşahidə olunan güclü külək bəzi ərazilərdə dağıntılara səbəb olub.
Tribuna.az xəbər verir ki, külək Yasamal rayonunda bir neçə ağacı aşırıb. Ağaclar küləyin təsirindən aşaraq avtomobil yoluna düşüb. Yolun bir hissəsini bağlayan ağacı sakinlər özlər və sürücülər yoldan uzaqlaşdırıblar.
Həmçinin tikinti aparılan ərazidə quraşdırılmış dəmir lövhələrdən ibarət arakəsmə də küləyin təsirindən səkiyə aşıb. Xoşbəxtlikdən səkidə piyada olmayıb.
Fotoları təqdim edirik.
Gülşən Rəsul














