Bu gün – dekabrın 25-i 2024-cü ildə Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin 3 kilometr yaxınlığında qəzaya uğramasından 1 il ötür. Qəzada qəhrəmancasına şəhid olub, təyyarədəki əksər sərnişinlərin həyatını xilas etməyi bacaran pilot İqor Kşnyakinin həyat yoldaşı Yana Kşnyakin yoldaşının ölümünü duyğusal sözlərlə yad edib.
Tribuna.az xəbər verir ki, Yana Kşnyakin pilot yoldaşının fotosunu paylaşaraq bu sözlkəri yazıb:
“Ürək heçvaxt unuda bilməyəcək…
Qəlb hər zaman gözləyəcək…
Ağıl hər zaman xatırlayacaq…
Gözlər isə hər zaman sənin üçün ağlayacaq, mənim əzizim və sevdiyim”.
Qeyd edək ki, hadisə zamanı təyyarədə ümumilikdə 67 nəfər – 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər xəsarət alıb.
Gülşən Rəsul










