Fransanın Azərbaycandakı səfiri: “Çox sevinirəm ki…”

Fransanın Azərbaycandakı səfiri: “Çox sevinirəm ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan-Fransa Məzunları” İctimai Birliyinin sədri Araz Bayramov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosla görüşüb.

Fransa səfirliyində baş tutan görüşdə Birlik sədri rəhbəri olduğu qurumun gördüyü işlər barədə səfirə məlumat verib.

O bildirib ki, Fransada təhsil alan azərbaycanlı məzunları öz sıralarında birləşdirən quruma böyük ictimai maraq var və son bir ayda 60-dan artıq məzun birliyə üzv olub.

Öz növbəsində səfir Z.Qros qeyd edib ki, hazırda Fransa ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və bu münasibətlərin inkişafı istiqamətində hər iki dövlətin rəhbərliyi xüsusi səy göstərir: “Mən çox şadam ki, Azərbaycanda Fransa məzunlarını öz ətrafında birləşdirən yeni qurum yaranıb. İnanıram və şübhə etmirəm ki, “Azərbaycan-Fransa Məzunları” İctimai Birliyi iki ölkə arasında münasibətlərin inkişafına və mədəniyyətlərarası dialoqa öz tövhəsini verəcək”.

Daha sonra görüş Azərbaycan-Fransa münasibətlərinin gələcək inkişaf perspektivləri və “Azərbaycan-Fransa Məzunları” İctimai Birliyinin fəaliyyət istiqamətləri ilə bağlı müzakirələrlə davam etdirilib.