Elektron siqaret bazarı bağlanır: Bu şirkətlər batdı – ARAŞDIRMA

Elektron siqaret bazarı bağlanır: Bu şirkətlər batdı – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda elektron siqaretlərin (buxarlanan maye məhsulları və cihazların) idxalına, istehsalına, satışına və istifadəsinə tam qadağa qoyulması Milli Məclisdə qanun layihəsi şəklində müzakirə olunur — bu qadağa nikotinli elektron siqaretləri və onların komponentlərini əhatə edəcək.

Tribuna.az xəbər verir ki, dövlət statistikası və satış platformalarının məlumatına əsasən, Azərbaycana idxal olunan elektron siqaretlər əsasən xarici ölkələrdən gəlir — buraya birdəfəlik “vape” cihazlar və şarj oluna bilən pod sistemlər daxildir.
Əsas idxalçı Malaziyadır. Azərbaycana ən çox Malayziya və Çindən çox sayda cihaz və buxarlanan maye məhsulları gəlir. Həmçinin Böyük Britaniya və ABŞ-dən də Azərbaycana elektron siqaretlər gəlir.

Hansı elektron siqaretlərə qadağa qoyulur?

Azərbaycanda çox istifadə edilən və tez-tez rastlanan buxarlanan (vape) məhsullar aşağıdaklardır:

Plong Vape (müxtəlif tüst sayı və dadlar)
AOKIT Vape (meyvə/soyuducu dadlar)
VNSN Quake Ultra (30 000 puffs)
Elux Legend 3500 və s. birdəfəlik modellər
E-mayelər (müstəqil maye şüşələri müxtəlif dadlarda).

Azərbaycanda bazarında ən çox rastlanan markalar isə Elf Bar, HQD, Vozol, Lost Mary, Plong, Aokit, VNSN, Funky Landsdir və bu markaların da hamısı ölkəyə Çindən gətirilir. Bu məhsullar nikatinli elektron məhsullar hesab edilir.

Ən bahalı markalar isə Böyük Britaniyanın Dinner Lady və IVG, ABŞ istehsalı olan Naked 100 və VGOD premium segment modellərdir. Bu markalar çox bahalı olduğuna görə mağazalarda açıq satılmır, əsasən fərdi sifarişlə gətirilir.

Qiymətləri isə 5 manatla 100 manat arasında dəyişir.

Azərbaycana bu siqaretləri kimlər gətirir?

Rəsmi olaraq şəffaf idxalçı şirkətlərin siyahısı açıq şəkildə yayımlanmır — bu bazar çox vaxt kiçik pərakəndə satıcılar və andro marketlər (Tap.az, sosial şəbəkə mağazaları və s.) vasitəsilə formalaşır. Onlar məhsulları birbaşa xaricdən (əsasən Çin və Malayziya) alıb ölkə daxilində satırlar.
Kiçik satıcılar Tap.az və Instagram kimi platformalarda müxtəlif markalı elektron siqaretləri fərdi idxal edirlər.

Bəs ən çox satılan İQOS və Ploomun aqibəti necə olacaq?

Azərbaycanda satışda həm də qızdırılan tütün məmulatları da var ki, bir çoxları qadağadanın onlara da şamil edilib edilməyəcəyini öyrənmək istəyir. Hazırda bu növ məhsullaradan ölkədə ən məşhur olanları İQOS və Ploom-dur. Bu iki markanın ölkəmizdə rəsmi distribyutoru və satış şəbəkələri də var. İQOS dünyaca məşhur tütün şirkəti olan Philip Morris İnternational şirkətinə məxsusdur. Azərbaycana bu markanı “Prime Light” MMC idxal edir.

Ploom isə Japon Tobacco İnternational şirkətinin məhsuludur. İdxalçısı “Sarvan” MMC qeyd edilib.

İQOS və Ploomun ölkəmizdə rəsmi mağazaları da mövcuddur.

Apardığımız araşdırma zamanı məlum oldu ki, İQOS və Ploom elektron siqaret hesab edilmir.
Ümumiyyətlə İQOS və Ploom elektron siqaret növü deyil. Bu məhsullar qızdırılan tütün məmulatları hesab edilir. Onların istifadəsi, idxalı və satışı isə qanuni hesab edilir, heç bir qadağa tətbiq edilmir.

Gülşən Rəsul