Dünya yeni maliyyə böhranı ilə üz-üzədir. Qlobal qurumlar bildirirlər ki, ABŞ-da başlayan bank çöküşü dalğası yeni eradan xəbər verir. Xəbərdarlıq edən ekspertlər “Böhran 2.0” sözləri ilə yeni nəslin belə bir şey görmədiyini bildiriblər. İqtisadçılar likvidlik hücumlarına diqqət çəkərək investorları hazırlaşmağa çağırıblar.
Tribuna.az CNN-ə istinadən xəbər verir ki, ABŞ-ın bank sektorundakı turbulentlik 2008-ci il kimi daha bir maliyyə çöküşünün astanasında olub-olmaması sualını gündəmə gətirib.
Amma bu gün bank böhranı sosial media, onlayn bankçılıq və qanunvericilikdəki əsas dəyişikliklər sayəsində 15 il əvvəl olduğundan çox fərqli görünəcək.
“Bank of America” bəyan edib ki, maliyyə şərtlərinin sərtləşməsi və iqtisadi artımın yavaşlaması qlobal valyuta bazarında likvidlik böhranına səbəb olacaq.









