DÇ-2026: İngiltərə Norveçə qalib gəldi, yarımfinala çıxdı

DÇ-2026: İngiltərə Norveçə qalib gəldi, yarımfinala çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə dünya çempionatında İngiltərə Norveçə qalib gəlib.

Tribuna.az -ın məlumatına görə, Mayami stadionunda keçirilən matçda ingilislər 2:1 hesablı qələbə qazanıblar.

Maçtın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib hər biri 15 dəqiqədən ibarət əlavə hissələrdə müəyyənləşib.

İngilislərin heyətində Cud Bellinqem (45+2, 93) dubl edib. Skandinaviyalıların tək qolu isə Andreas Şelderuldan (36) gəlib.

Qeyd edək ki, İngiltərə seçməsi yarımfinalda Argentina – İsveçrə cütünün qalibi ilə qarşılaşacaq.