Tribuna.az xarici mətbuata istinadən xəvər verir ki, suşi və rolların insult riskinə təsiri ilə bağlı əsas narahatlıq onların tərkibindən deyil, adətən yanında istifadə olunan soya sousundan qaynaqlanır.
Əsas səbəb isə əksər insanların Asiya mətbəxini təsəvvür edə bilmədiyi soya sousudur. Onun tərkibində çox yüksək miqdarda natrium var. Natriumun həddindən artıq qəbulu orqanizmdə mayenin yığılmasına, arterial təzyiqin yüksəlməsinə və damarlar, böyrəklər və beyin üzərində ciddi yük yaranmasına səbəb olur. Hipertoniyası və ya gizli ürək-damar problemləri olan insanlarda bu, təhlükəli vəziyyətlərə təkan verə bilər.
Digər risk isə hər bir tikəni bol-bol soya sousuna batırmaq vərdişidir. Bu, rolların özləri nisbətən yüngül və pəhriz üçün uyğun olsa belə, gündəlik duz qəbulunu əhəmiyyətli dərəcədə artıra bilər.Mütəxəssislər daha az duzlu variantlara üstünlük verməyi və soya sousundan minimum istifadə etməyi tövsiyə edirlər. Sushi yemək istəyirsinizsə, sousu çox istifadə etməmək, sadəcə balığa yüngülcə toxundurmaq məsləhətdir.
İmran Kərimli
Tribuna.az









