Yeni binada aparılan tikinti sakinlərə problem yaratdı (VİDEO)

Yeni binada aparılan tikinti sakinlərə problem yaratdı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binanın beş addımlığında bünövrə qazıb, beton töküblər, dörd tərəfini armaturlarla hörüb, daha sonra yarımçıq saxlayıblar…

Tribuna.az xəbər verir ki, görüntülər paytaxtın Nəsimi rayonu, 999-cu məhəllə, Akademik Həsən Əliyev küçəsi, 12D ünvanında yerləşən yaşayış kompleksinin həyətindəndir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, sözügedən ünvanda yerləşən qeyri-yaşayış təyinatlı obyektin tikintisinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 29 iyun 2022-ci il tarixində icazə verilib. O da qeyd edilib ki, tikinti və istismara icazələr barədə məlumatlar Elektron Tikinti Portalında yerləşdirilir. Vətəndaşlar müvafiq obyektlər üzrə icazələr barədə ətraflı məlumatla portal vasitəsilə tanış ola bilərlər.//Xəzər TV