Köçəryanın oğlu həbs olundu

Köçəryanın oğlu həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvan məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Köçəryanla birlikdə rüşvətxorluq və səlahiyyətdən sui-istifadə işi üzrə saxlanılan oğlu Sedrak Köçəryanı iki ay müddətinə həbs edib.

Tribuna.az  xəbər verir ki, həbs xəbərini vəkil Aleksandr Koçubayev açıqlayıb.

O qeyd edib ki, Sedrakın görüş hüququ da məhdudlaşdırılıb. Ona yalnız həyat yoldaşı və uşaqları ilə görüşməyə icazə verilib.

Xatırladaq ki, Ermənistanın Antikorrupsiya Komitəsi ötən gün Köçəryan və oğlunun İrəvanda saxlanıldığını bildirib.

Prokurorluğun məlumatına görə, sabiq prezidentə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və çirkli pulların yuyulması maddələri ilə cinayət işi qaldırılıb.

Digər şəxslər arasında sabiq prezident Serj Sarkisyan, İrəvanın keçmiş meri Qaqik Beqlaryan, 2007-ci ildə vəfat etmiş keçmiş baş nazir Andranik Marqaryan və daha altı nəfər var.

Respublika Baş Prokurorluğundan bildirilib ki, istintaq Kö