“Kərki kəndinin sakinlərinə torpağın təhvil-təslimi deyil, “optimallaşdırma” vəd edilib”.
Tribuna.az xəbər verir ki, bu iddia ilə “Güclü Ermənistan” Partiyasının rəsmisi Narek Karapetyan çıxış edib.
Onun sözlərinə görə, güzəştlər üzündən Ermənistan son dərəcə əlverişsiz şərtlər altında danışıqlar aparmaq məcburiyyətində qalıb. “Bu gün köklü dəyişikliklərə nail olmasaq, aylar və ya illər ərzində ən azı “Tramp Yolu”nun bahalı dövlətlərarası magistral yolu statusunu qoruması və başqa bir təcrid olunmuş Azərbaycan dəhlizinə çevrilməməsi üçün mübarizə aparmalı olacağıq”.
Fərda Uğur









