64 yaşlı Cim Kerri 32 yaşlı sevgilisi ilə evləndi

64 yaşlı Cim Kerri 32 yaşlı sevgilisi ilə evləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az “People” jurnalına istinadən xəbər verir ki, məşhur amerikalı aktyor Cim Kerri uzun müddətdir münasibətdə olduğu 32 yaşlı Min Ah ilə evlənib.

64 yaşlı aktyorun nümayəndəsi sentyabrın 30-da cütlüyün nikaha girdiyini təsdiqləyib. Evliliyin mərasimlə bağlı digər detalları açıqlanmayıb.

Cim Kerri və Min Ah münasibətlərini uzun müddət mediadan uzaq saxlayıblar. Cütlük ilk dəfə 2022-ci ildə Los-Ancelesdə komediya tədbirindən birlikdə çıxarkən görüntülənib.

Onlar münasibətlərini ictimaiyyət qarşısında isə ilk dəfə 2026-cı ilin fevralında Fransada keçirilən “Sezar” mükafatlandırma mərasimində nümayiş etdiriblər.

Həmin mərasimdə Kerri karyerasına görə fəxri mükafat alıb. Aktyor tamamilə fransız dilində etdiyi çıxışında qızı Ceynə, nəvəsi Ceksona və Min Aha təşəkkür edib. O, Min Ahı “ecazkar həyat yoldaşım” mənasını verən “sublime companion” ifadəsi ilə təqdim edib.

Cütlüyün münasibətinin isə bundan daha əvvəl başladığı bildirilir. 2022-ci ildə onların birlikdə çəkilmiş görüntüləri də yayılmışdı.ğ

Şəxsi həyatını mediadan uzaq saxlamağa çalışan Cim Kerri 2022-ci ildə verdiyi müsahibədə sakit həyatından və ailəsi ilə daha çox vaxt keçirmək istəyindən danışmışdı.

Aktyor daha əvvəl iki dəfə evli olub. Kerri 1987-1995-ci illərdə Melissa Vomer, 1996-1997-ci illərdə isə aktrisa Loren Holli ilə nikahda olub. Onun Melissa Vomerdən Ceyn adlı qızı var.

İmran Kərimli