“Bitcoin” bahalaşdı

“Bitcoin” bahalaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son sutkada kriptovalyuta bazarında əsas aktivlərdə yüksəliş müşahidə olunub.

Tribuna.az CoinMarketCap məlumatlarına istinadən xəbər verir ki, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saatda 2,27% artaraq 2,16 trilyon dollara çatıb.

Bazarın ən böyük kriptovalyutası olan Bitcoinin (BTC) qiyməti son 24 saatda 2,13% artaraq 62 860 dollara yüksəlib. Bununla belə, BTC-nin qiyməti son 7 gündə 14,3% azalıb.

“Ethereum”un (ETH) qiyməti son sutkada 4,83% artaraq 1 663 dollara, BNB-nin qiyməti isə 3,32% yüksələrək 597 dollara çatıb. Eyni dövrdə Monero (XMR) 3,95%, Bittensor (TAO) isə 3,87% bahalaşıb.

Qızıl əsaslı rəqəmsal aktivlərdən PAX Gold (PAXG) 0,23% artaraq 4 310 dollara, Tether Gold (XAUt) isə 0,05% yüksələrək 4 297 dollara çatıb.

CoinMarketCap 20 indeksinin (CMC20) dəyəri də son 24 saatda 2,79% artaraq 126,97 bənd olub.

Qeyd edək ki, bazarda son sutkada müşahidə olunan yüksəliş investorların əvvəlki günlərdəki kəskin satışlardan sonra alışlara qayıtması və risk iştahasının qismən bərpa olunması ilə əlaqələndirilir. Bununla yanaşı, “CoinMarketCap”in “Fear & Greed” (Qorxu və İştah) indeksi 15 bənd səviyyəsində qalır ki, bu da bazarda hələ də yüksək ehtiyatlılığın davam etdiyini göstərir.