Bəzi şəxslərin onkoloji müalicələri icbari tibbi sığortaya salınacaq

Bəzi şəxslərin onkoloji müalicələri icbari tibbi sığortaya salınacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İcbari tibbi sığorta çərçivəsində – 2026-cı ildən ürək-damar, 2028-ci ildən mədə-bağırsaq və 2029-cu ildən etibarən tənəffüs sistemi xəstəliklərinin ambulator müalicəsi üçün dərman vasitələrinin sığorta ödənişləri həyata keçiriləcək”.
 
 Tribuna.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.
Eyni zamanda uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi üçün 2027-ci ildən başlayaraq Xidmətlər zərfinə daxil edilməsi məqsədilə layihə hazırlanır – deyə baş nazir bildirib.