Türkiyənin başlatdığı “Barış Pınarı” əməliyyatını tənqid edən millət vəkili Angelo Cioccayla bağlı qərar qəbul edilib.
O, buna görə beş gün Milli Məclisdə iştirak hüququndan məhrum edilib. Avropa Parlamentinin italiyalı millət vəkili A.Ciocca Türkiyə ilə əlaqədar təşkil edilən iclasda türk millət vəkilləri tərəfindən ona hədiyyə edilən şirniyyat qutusunu tullayaraq onları tənqid edib.
Avropa Parlamentinin sədri David Sassoli çıxışı zamanı millət vəkilinin bu hərəkətinin qəbuledilməz olduğunu bildirib. Buna görə də o, beş gün Milli Məclisdə iştirak hüququndan məhrum edilməklə cəzalandırılıb.









