Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən və “3-cü mikrorayon bazarı” kimi tanınan bazarın arxa tərəfində yanğın başlayıb.
Report xəbər verir ki, hadisə yerinə 5 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.









