Bakıda kişi ondan telefon gizlədən arvadını döydü

Bakıda kişi ondan telefon gizlədən arvadını döydü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 43 yaşlı kişi sevgi münasibətində olduğu qadına xəsarət yetirib.

Tribuna.az xəbər verir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanda baş verib.

Qəbələ rayon sakini, 1983-cü il təvəllüdlü Təvəkkül birgə yaşadıqları evin qonaq otağında qeyri-rəsmi yaşadığı Vəsilə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Həmin zaman Vəsilənin yeni aldığı mobil telefonunu ona verməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə onun boğazından sıxıb, qollarından bir neçə dəfə vuraraq ona xəsarətlər yetirib.

Təvəkkülün barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Bu işə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib, zərərçəkən də ona qarşı şikayətini geri götürüb.

Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.