“Azərişıq” dəftər-qələm satan şirkətdən termoaktiv ötrük alır

“Azərişıq” dəftər-qələm satan şirkətdən termoaktiv ötrük alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərişıq” ASC daha bir tenderini yekunlaşdırıb.

Tribuna.az xəbər verir ki, qurum termoaktiv örtüklü rulonlar satın alacaq.

Belə ki, “Azərişıq” 250 min ədəd termoaktiv örtüklü rulon alacaq. Bununla əlaqədar tenderin qalibi isə məşhur “A4 OFİS” MMC olub.

Qeyd edək ki, tenderin qalibi olan şirkət rulonların alınması üçün 247 min 800 manat pul alacaq.

Bu tenderin fərqli cəhəti odur ki, “Azərenerji” QSC bu məhsuli dəftərxana ləvazimatları satan şirkətdən alır.  “A4 Ofis” şirkətinin indiyə qədər iştirak etdiyi tenderlərin heç birində belə bir məhsul təklif etməyib. Niyə məhz bu şirkətin seçildiyi isə sual olaraq qalır.

Fərda Uğur