“SOCAR PETROLEUM” QSC Naxçıvana neft məhsullarının (benzin və dizel) daşınmasına dair elan etdiyi tenderin nəticəsini açıqlayıb. Tribuna.az xəbər verir ki, keçirilən tenderin qalibi “PREDSOL” MMC şirkəti olub.
Belə ki, şirkətlə anlaşmaya əsasən SOCAR Naxçıvana 78 min ton dizel, 42 min ton Aİ92 markalı benzin, 1200 ton Aİ95 markalı benzin və 72 ton Aİ98 markalı benzin daşıtdıracaq. Bu işin görülməsinə isə 17 milyon 172 min 115 manat təşkil edəcək.
Qeyd edək ki, bu məbləğ yalnız daşınma xərcinə aiddir. Yəni, yanacağın qiyməti ilə heç bir əlaqəsi yoxdur.
Bildirək ki, SOCAR PETROLİUM şirkəti toplam 121 min 272 ton yanacağın daşınmasını qərarlıaşdırıb. Cəkilən xərcə əsasən hər ton üçün nəqliyyat xərci 141 manat təşkil edəcək. Bu da hər litr benzinə görə, əlavə 14 qəpik əlavə axərc deməkdir.
Fərda Uğur









