Azərbaycan Respublikasının Prezidentliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (AİİBNDA) Maarifləndirmə və media monitorinq xidmətlərinin satınalınması üzrə tenderinə yekun vurub.
Tribuna.az xəbər verir ki, dövlət qurumu bu işlərin görülməsini “MEDİCAL MEDİA” MMC şirkətinə həvalə edib.
Məlumatda qeyd edilir ki, şirkət işlərin görülməsi üçün Agentlikdən 71 min 744 manat vəsait alacaq.
Maraqlıdır ki, “Medical Media” MMC özünün Facebook hesabında ixtisaslaşmış onlayn tibbi informasiya resursu olduğunu qeyd edib. Lakin rəsmi veb-saytında isə tibbdən söz açmayaraq, media sahəsində gördükləri işlərdən və hədəflərdən bəhs ediblər.
İkinci maraqlı məsələ isə odur ki, AİİBNDA maarifləndirmə və monitorinqləri tibb üzrə ixtisaslaşmış şirkətlə necə həyata keçirəcək? Bu sualın cavabı isə bizdə yox, Agentlikdədir.
Fərda Uğur









