DOST TV-nin studiyasının layihələndirilməsi üçün 190 min ayrılacaq

DOST TV-nin studiyasının layihələndirilməsi üçün 190 min ayrılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dayanıqlı və Operativ Sosial Təminat” Agentliyi (DOST) növbəti tenderə hazırlaşır.

Tribuna.az xəbər verir ki, qurum DOST Rəqəmsal Media Studiyasının inzibati binasının əsaslı təmir işləri üzrə layihələndirilməsi xidmətlərinin satın alınmasını həyata keçirməyi planlaşdırır.

Məlumatda bildirilir ki, DOST TV-nin studiyasının layihələndirilməsi üçün qurum 190 min 200 manat ayırmağa hazır olduğunu açıqlayıb.

Fərda Uğur