“Hakimiyyətin yeni Konstitusiyanın qəbul edilməsini təmin etmək üçün yeni müharibəyə ehtiyacı var”.
Tribuna.az xəbər verir ki, bu iddia ilə Ermənistan Hərbi-Sənaye Komitəsinin keçmiş rəhbəri Avetik Kerobyan çıxış edib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti konstitusiyanın dəyişdirilmə məsələsini qəsdən gecikdirir. “Onlar 2020-ci il müharibəsi ilə insanların əksəriyyətini qorxutdular. Onlar demək istəyirlər: “Əgər birdən müharibə başlasa, ölən siz olacaqsınız”.
Fərda Uğur









