SEPAH-ın Qüds qanadının komandanlarından biri, general Hacı Əli İqbalpur İraqda “Həşd-Şəbi” qruplaşmasının bazalarına edilən son hücumlar zamanı öldürülüb.
Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin İran seqmentində məlumat yayılıb.
Məlumata görə, hücum zamanı İqbalpurla birlikdə SEPAH-ın daha dörd zabiti də qətlə yetirilib.
Bildirək ki, İraqda SEPAH zabitlərinin öldürülməsi faktı təsdiqlənib. Hətta dünən onların cənzaələri ölkəyə gətirilib. Lakin İqbalpurun ölümü ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, İqbalpur İraqın şimalı və Kərkük bölgəsində Qüds qanadının fəaliyyətinin əlaqələndirilməsinə cavabdeh olub.
Fərda Uğur









