Azərbaycanın ümumi dövlət borcu açıqlanıb

Azərbaycanın ümumi dövlət borcu açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci il 1 dekabr tarixinə Azərbaycanın ümumi dövlət borcunun həcmi 25 milyard 272,7 milyon manata bərabər olub.

Bu barədə  Tribuna.az  Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 19,5 faizini təşkil edir.

Məcmu dövlət borcunun 8 milyard 195,2 milyon manatı xarici dövlət borcunun, 17 milyard 77,5 milyon manatı daxili dövlət borcunun payına düşür.