Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür.
Tribuna.az -ın məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayevin 2026-2027-cı tədris ilinin başlanması ilə bağlı imzaladığı əmrə əsasən tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabr 2026-ci il tarixdə başlayacaq, 14 iyun 2027-cı il tarixdə başa çatacaq.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, 2026-2027-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 2,2 milyon şagirdin təhsil alacağı gözlənilir.
Onlardan 1,6 milyon nəfər ümumi təhsil, 260 min nəfər ali təhsil, 226 min nəfər isə məktəbəqədər təhsil üzrə təhsil alacaq.
Cari tədris ilində 124 min şagird 1-ci sinifdə təhsilə başlayacaq.
Qeyd edək ki, 2026-2027-ci tədris ilində ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq. Bu, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar həyata keçiriləcək. Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ilinin təşkili barədə müvafiq əmrinə əsasən, yeni tədris ilinin ilk dərsi ölkə üzrə bütün II–XI siniflərdə “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə, həmin gün bilik günü kimi qeyd olunub.









