ABŞ-İran danışqıları: tərəflər təklifləri araşdırır

ABŞ-İran danışqıları: tərəflər təklifləri araşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-İran danışıqlarının yenidən start götürməsi üçün tərəflərin təkliflər göndərdiyi məlum olub.

Tribuna.az xəbər verir ki, İran tərəfi iki gün öncə Pakistan vasitəsi ilə 14 bənddən ibarət sülh təkliflərini Vaşinqtona təqdim edib.

Həmin təkliflərdə Hörmüz boğazının açılması və ABŞ-nin tətbiq etdiyi dəniz blokadasının dayandırılması, habelə nüvə proqramı ilə bağlı müzakirələrin isə növbəti mərhələyə təxirə salınması nəzərdə tutulur.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu təkliflərlə tanış olduğunu, lakin onunla razılaşacaqlarına ümid etmədiyini bildirib. “İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi təklifləri böyük ehtimalla qəbul edilməyəcək. İran kifayət qədər cəzalandırılmayıb”.

O qeyd edib ki, əgər İran şərtlərimizi qəbul etməsə, müharibə qaçılmaz olacaq.

Bu əsnada, İran XİN-in mətbuat katibi İsmayıl Bəqayi də açıqlamasında deyib ki, ABŞ-dan göndərdikləri təkliflərə cavab alıblar. “ABŞ İranın münaqişəyə son qoymaq təklifinə cavab verib. Pakistan vasitəsi ilə göndərilən cavab Tehran tərəfindən nəzərədən keçirilir”.

Fərda Uğur