ABŞ-nin nüfuzlu “Council on Foreign Relations” (CFR) platforması İranın gələcəyi və Qərbin bu məsələdə yanaşması ilə bağlı maraqlı məqalə ilə çıxış edib.
Tribuna.az xəbər verir ki, məqalənin müəllifi tanınmış analitiklərdən olan Edd Hüseyndir.
Onun yazdığına görə, təkcə hərbi təzyiq İranın dini hakimiyyət ideologiyasını neytrallaşdırmaq üçün kifayət etmir və Qərb daha uzunmüddətli yanaşma formalaşdırmalıdır. Hüseyn bildirir ki, ABŞ və müttəfiqləri də buna cavab olaraq İranın daxili etnik və siyasi bölünmələrini gücləndirməklə Tehranı zəiflətməlidirlər. “Qərb İran daxilində daha çox muxtariyyət və ya regional hüquqlar tələb edən qruplarla – Azərbaycan türkləri, ərəblər, bəluclar, kürdlər, lorlar, taciklər və türkmənlərlə – daha fəal işləməlidir”.
Onun fikrincə, bu prosesdə əsas məqsəd İranı “Ayətullahdan sonrakı dövrə” hazırlamaq və federativ idarəçilik modelinə doğru yönləndirmək olmalıdır. “İranın gələcəyi İslam Respublikasında deyil, “İran Federasiyası” modelindədir. Gələcəkdə bəzi bölgələr Tehrandan müstəqil olmaq istəsə, buna imkan verilməsi də müzakirə oluna bilər”.
Fərda Uğur









