Parlament seçkiləri ərəfəsində prosesə qatılmış siyasi partiyalar israr edirlər ki, əgər qalib olarlarsa, Azərbaycanla müharibə etməyəcəklər.
Tribuna.az xəbər verir ki, bu fikirləri əsasən revanşistlərin nümayəndələri edirlər.
“Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan iddia edib ki, Azərbaycanla müharibə səhifəsini bağlamaq üçün zəmanətli sülhə ehtiyac var. Onun sözlərinə görə, bu zəmanəti Rusiya və daha bir neçə ölkə verə bilər.
“Haystan” blokundan baş nazirliyə namizədi, sabiq prezident Robert Koçaryan isə iddia edib ki, əgər hakimiyyətə gəlsə, müharibə ehtimalı yox olacaq.
Fərda Uğur









