AYNA yolların nişanlanmasına daha 30 milyon ayırır: Bu dəfə kim qalib olacaq?

AYNA yolların nişanlanmasına daha 30 milyon ayırır: Bu dəfə kim qalib olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir tenderini elan edib. Tribuna.az xəbər verir ki, qurum Respublika ərazisində yollarda nişanlanma işlərinin satınalmasına hazırlaşır.

Belə ki, AYNA bu məqsədlə ölkə ərazisində yol nişanlarının çəkilməsi üçün 29 milyon 854 min 737 manat vəsait ayırmağı planlaşdırır.

Xatırladaq ki, ötən il AYNA yollarda nişanlanma işlərinə görə “STP-Btech” şirkəti ilə anlaşıb. Həmin vaxt bu işlərə görə, şirkətə 33 milyon 549 min 225 manat xərclənib. Bundan başqa, həmin şirkət yolların xətlənməsinə görə AYNA-dan daha 11 milyon 465 min 232 manat ödəniş alıb.

Fərda Uğur