Ermənistanın Haaqa Məhkəməsindəki nümayəndəsi Siranuş Sahakyan bəyan edib ki, hazırda Bakıda həbsdə olan separatçı ermənilərin ailələri Azərbaycana gəlmək istəyirlər.
Tribuna.az xəbər verir ki, onların ailələri bu səfərə hazırdırlar.
Lakin Saakyan bildirib ki, bu səfərin təşkili üçün Ermənistan dövlətinin dəstəyinə ehtiyac var.
Bu əsnada, İrəvanda nəşr olunan “Hraparak” qəzeti yazıb ki, Azərbaycan tərəfinin Qarabağın qondarma “hərbi-siyasi rəhbərliyi”ni geri qaytarmaq fikri yoxdur. Nəşr yazıb ki, rəsmi Bakının belə bir niyyəti də mövcud deyil.
Fərda Uğur









