Sığınacaqda özünü 4-cü mərtəbədən atan 16 yaşlı Nurcan Cəfərovanın anası da illər əvvəl intihar edibmiş.
Tribuna.az xəbər verir ki, bu barədə məlumatı Teleqraf saytı məlumat yayıb. Bildirilib ki, 16 yaşlı Nurcan Cəfərovanın yaxınları sığınacağa yaxınlaşaraq ona aid əşyaları və pulu götürüblər. Pulu və əşyaları götürən şəxs isə Nurcanın ana babası olub.
Bu məbləğ isə 100 manat təşkil edib. Həmin pul Nurcanın anasının vəfat etməsinə görə aldığı aylıq müavinətdən geri qalan məbləğ olub.
Məlumata görə, Nurcanın anası da o, 7 yaşında olarkən intihar edib. Bu barədə yeniyetmə sığınacaqda olduğu müddətdə məlumat verib.
Həmçinin qeyd edək ki, Nurcan hadisənin baş verdiyi gün qrip olub. Bu səbəbdən o, dişlərinin müalicəsi üçün həkimə yollanmayıb, şənbə günü gedəcəyini bildirib.
Bundan yarım saat sonra isə həyatına qəsd edib.
Gülşən Rəsul









