Vilayət Eyvazovdan daha bir generalla bağlı qərar – Həzi Aslanova yeni vəzifə verildi

Vilayət Eyvazovdan daha bir generalla bağlı qərar – Həzi Aslanova yeni vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərlik etdiyi qurumda kadr islahatlarını davam etdirir.
 
TİA.AZ strateq.az -a istinadla xəbər verir ki, bu gün nazirin əmriylə DİN-in aparıcı Baş İdarələrindən daha birinin – Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, general mayor Həzi Aslanov tutduğu vəzifədən azad edilib. O, eyni zamanda DİN-in rəhbər işçilərindən ibarət məşəvərətçi orqan sayılan Kollegiya üzvlüyündən də çıxarılıb.Nazirin digər əmriylə, Həzi Aslanov DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə rəis təyin edilib.
Qeyd edək ki, nazirin əmriylə Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenanatı İzzət Kərimov da vəzifəsindən azad edilib.
Hələlik Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi və şöbə rəisi vəzifələrinə təyinat olmayıb.