Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kirov şəhərində müəssisəyə raket zərbələri nəticəsində 6 nəfər ölüb, 26 nəfər yaralanıb.
Tribuna.az xəbər verir ki, bu barədə Kirov vilayətinin qubernatoru Aleksandr Sokolov məlumat verib.
***
Ukrayna “Flaminqo” raketi ilə Rusiyanın Kirov şəhərində yerləşən “AVİTEK” zavodunu vurub.
Tribuna.az xəbər verir ki, “Unian“ın yaydığı məlumata görə, hücumdan sonra zavodda yanğın baş verib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına əsasən, müəssisə “yer-hava” sinifli idarəolunan zenit raketləri, raket-hədəflər, pilotların xilas edilməsi üçün katapult oturacaqları, aviasiya yükqaldırma sistemlərinin istehsalı üzrə ixtisaslaşıb.
Bildirilir ki, zavod həmçinin “Tor” zenit-raket komplekslərinin istehsalı proqramında iştirak edir.
Məlumata görə, “AVİTEK” ABŞ, Ukrayna və bir sıra digər ölkələrin sanksiyaları altındadır.









