REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Azərbaycanda heyvandarlıq sektorunun vəziyyəti ilə bağlı diqqətçəkən statistika paylaşıb.
Tribuna.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bildirib ki, 2026-cı ilin ilk altı ayında Gürcüstan xarici ölkələrə 11,7 milyon ABŞ dolları dəyərində diri qoyun satıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb.
İqtisadçının sözlərinə görə, Gürcüstanın Azərbaycana diri qoyun ixracı da eyni dövrlə müqayisədə 2,5 dəfə yüksəlib.
N.Cəfərli qeyd edib ki, Azərbaycanın sərhədi bağlı olan Gürcüstan bölgələrində son illər qoyunların sayı 1,5 dəfə, ixrac isə 3 dəfə artıb.
O bildirib ki, Azərbaycanda isə son beş ildə qoyun-keçi sayı 1 milyon 301 min baş azalıb.
İqtisadçı bunun səbəblərinin araşdırılmasının vacibliyini vurğulayaraq sual edib:
“Eyni qoyun, eyni insan, arada bağlı sərhəd – niyə orada soydaşlarımız uğur qazanır, bizdə isə heyvandarlıq geriləyir?”.
Onun paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Gülşən Rəsul










