Türkiyənin Diyarbakır bölgəsinin çempionatında mübarizə aparan “Seyrantepespor” klubunun baş məşqçisi Mezher Tekçi ölkədə gündəm olub.
Baş məşqçilikdən əlavə həm də bina mühafizəçisi işləyən 48 yaşlı Tekçi qeyri-adi geyimi, təsbehi və davranışları ilə diqqətləri üzərinə çəkib.
Onun davranışları sosial-şəbəkələrdə marağa səbəb olub. Mezher Tekçi səhv edən, qol qaçıran futbolçulara verdiyi reaksiyalarına görə məşhur baş məşqçilərə bənzədilir.









