Məlum olduğu kimi, artıq 6 ildir Azərbaycan bütün quru sərhədlərini bağlayıb.
Tribuna.az xəbər verir ki, Nazirlər Kabineti bunu koronavirus pandemiyası ilə əlaqələndirir.
Lakin rəsmi dairələr məsələnin ölkənin təhlükəsizliyi ilə birbaşa əlaqəli olduğunu dəfələrlə bəyan edib.
Qeyd edək ki, İran tərəfi Azərbaycanla sərhədlərin açılması məsələsini qaldırıb. Daha doğrusu, bu mövzu bir neçə dəfə dövlət səviyyəsində qaldırılsa da, bu dəfə önə mollalar verilib.
Belə ki, Ərdəbil şəhərində keçirilən Məhərrəmlik mərasimləri zamanı iştiraçı olan din xadimləri Azərbaycandan sərhədlərin açılmasını istəyiblər. Onlar bildiriblər ki, sərhədlərin bağlı qalması din xadimlərinin qarşılıqlı səfərlərini, müxtəlif mərasimlərdə birgə iştirakını əngəlləyir.
Onlar həmçinin rəsmi Tehrandan tələb ediblər ki, Bakı ilə bu mövzuda yumuşaq və mülayim davranmasın. Onlar İran hökumətindən Azərbaycana sərhədlərin açılması ilə bağlı təzyiq göstərilməsini tələb ediblər.
Fərda Uğur









