Tanınmış aparıcıdan “Avant” şirkətinə ağır İTTİHAM: “Qanuna hörmət etmirlər” – Video

Tanınmış aparıcıdan “Avant” şirkətinə ağır İTTİHAM: “Qanuna hörmət etmirlər” – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gecə saat 3 və yenə “Avant” tikinti şirkəti sakinlərə yatmağa imkan vermir.

Tribuna.az xəbər verir ki, bu barədə jurnalist, İTV-nin aparıcısı Nigar Sabirqız sosial şəbəkə hesabında yazıb. Dəfələrlə bu şirkətlə bağlı narazılığını ictimailəşdirən jurnalist qeyd edib ki, bu işi bir az sakit görmək olmaz?:

“Əlbəttə, olar. Amma bunlara elə şərait yaradıblar ki, heç kimi düşünmürlər. Ətrafdakıları düşünmək üçün ən başlıcası insanlıq lazımdır. Bunlarda nə insanlıq var, nə mədəniyyət, nə də qanuna hörmət.
“Avant”ın növbəti dəfə qanunu heçə saymağını bir daha nəzərinizə çatdırıram”.

Xatırladaq ki, “Avant” MTK Yasamal rayonunda böyük ərazidə bina tikintisi həyata keçirir. İşlərin gecə vaxtı aparılması, ərazidəki ağacların məhv edilməsi dəfələrlə ciddi narazılıq doğurub və şirkətlə bağlı aidiyyəti qurumlara müraciət edilib.

Gülşən Rəsul