Sumqayıt yolunu bağlayan qəzanın görüntüləri yayıldı – VİDEO

Sumqayıt yolunu bağlayan qəzanın görüntüləri yayıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhər saat 05 radələrində LPG daşıyan yük avtomobili idarəetməni itirərək yol ayrıcında yerləşən maneələrə çırpılıb.

Tribuna-nın məlumatına görə, baş vermiş hadisənin görüntülərini ictimailəşdirən Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev bildirib ki, yük maşını təhlükəli yük daşıdığı üçün ərazi dərhal polis və aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, yanğın-partlayış riski aradan qaldırılıb.

Qəza səbəbindən Moskva prospektinin tunelə giriş hissəsində, Sumqayıt istiqamətində hərəkət müvəqqəti məhdudlaşdırılıb. DYP əməkdaşları tərəfindən nəqliyyatın təhlükəsiz şəkildə bərpası təmin edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Hadisənin görüntülərini təqdim edirik:

Gülşən Rəsul