Sumqayıtda kadr təyinatı olub.
Səkinə Sadıxova Sumqayıt şəhər Səhiyyə Şöbəsinə yeni müdir təyin olunub.
O, bu vəzifəyə qədər Sumqayıt səhiyyə şöbəsinin müdir müavini olub və müdir vəzifəsini müvəqqəti icra edib.
Xatırladaq ki, ötən ilin noyabr ayından şöbənin müdiri Nəriman Baxşəliyev tutduğu vəzifədən azad edilmiş və təyinat olmamışdı.










