Əli Cəfərov: “Ölkə rəhbərliyinin gənclərə diqqət və qayğısını vətəndaşlara hüquqi təminat kimi dəyərləndirirəm”
Bildiyimiz kimi, hazırda Milli Məclisə keçiriləcək növbəti seçkilərin ərəfəsindəyik. Seçkilər növbədənkənar formatda ortaya çıxmışdır. Bəs bu seçkilərin keçirilməsi hansı zərurətdən ortaya çıxdı? Yeni seçkilər bizə nələri bəxş edə bilər? Tia.az olaraq bu tipli suallarla Masallı rayon 70 saylı şəhər seçki dairəsində millət vəkilliyinə namizəd, Demokratik İslahatlar Partiyasının (DİP) funksioneri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Cəfərova müraciət etdik. Millət vəkilliyinə namizəd suallarımızı cavablandırdı. Onun münasibətini geniş ictimaiyyətə təqdim edirik.
-Əli bəy, ölkədə ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz? Son iki ildə baş verənlər sizcə nələrə işarədir?
–İlk öncə münasibətimi soruşduğunuza görə minnətdarlığımıbildirirəm. Bu gün ümumi yamnaşsaq, ölkədə ictimai-siyasi vəziyyət normaldır. İstər siyasətçi, istərsədə qht nümayəndəsi kimi xüsusi vurğulamaq istəyirəm ki, ictimai-siyasi vəziyyət qənaətbəxşdir. Ölkədə aparılan islahatların tez bir zamanda bəhrə verəcəyinə ümid edirəm. Son iki ildə istər təhsil, ordu, istərsədə dispora sahəsində mühüm yeniliklər baş vermişdir. Xüsusilə də son dövrlər ölkə rəhbərliyinin gənclərə diqqət və qayğısını, onların irəli çəkilməsini,o cümlədən xaricdə yaşayan soydaşlarımıza dəstək verilməsini dövlətin vətəndaşlara hüquqi təminatı kimi dəyərləndirirəm. Təbii ki, iş olan prosesdə müəyyən neqativlər olmalıdır, ancaq buna baxmayaraq ölkədə nəzərəçarpacaq inkişaf da baş verməkdədir. Əhalinin sosial rifahı yaxşılaşmağa doğru gedir. Minimum əmək haqqı artmış, infiliyasiyanın faiz dərəcələri aşağı düşmüşdür. Buda ölkədə aparılan demokratik islahatların müsbət nəticəsinin bariz nümunələrindəndir.
-Ötən il dövlət başçısı tərəfindən aparılan siyasi islahatlar nəticəsində bir sıra mühafizəkar qüvvələr postunu itirdi. Sovet təfərkkürlü məmurların hökumətdən, dövlət aparatından uzaqlaşdırılması siyasi açılımın gerçəkləşməsinə gətirib çıxaracaqmı?
–Bəli bu gün hər bir insan üçün maraqlı məqam odur ki, uzun müddət vəzifələrdə olmuş şəxslərin vəzifədən uzaqlaşdırılması hansısa yığılıb qalmış problemləıri mütləq həll edəcəkdir. Sovet təfəkkürlü, sovet düşüncəli insanların vəzifədə olması təbii ki, ölkənin Avropaya, dünyaya çıxışını, inteqrasiyasını əngəlləyirdi. Ancaq ölkə başçısının aparmış olduğu ən mütərqii iş kadr islahatldır ki, bu da yeniliyin, demokratiyanın təzahürüdür. Əslində bu gün dövlət postlarında gənclərə önəm verilməsi Azərbaycanın Avropaya və beynəlxalq arenaya çıxışını sürətləndirəcəkdir. Bu isə özlüyündə normal bir prosesdir. Bu proses siyasi baxımdan da dəyişikliklərə gətirib çıxaracaqdır. Demək olar ki, artıq bu proses başlayıb. Həttaən yüksək dövlət qurumu sayıklan prezident administirasiyasında belə gənc kadrlar irəli çəkilir. O zaman ritorik bir sual yaranıq: bütün bunlar yeniliyin, siyasi açılımın gerçəkləşdirilməsi deyilmi?
-Növbəti addım kimi hansı işlərin görülməsini zəruri hesab edirsiniz?
–Maraqlı sualdır. Düşünürəm ki, bütün sahələrdə təhsil, səhiyyə, ordu, iqtisadiyyat, qeyri-neft sektoru, diaspora və başqa sahələrdə görülməli işlər var, bu prosesi dahada sürətləndirmək lazımdır. Təhsil sahəsində basladılan islahatlar davam etdirilməlidir. Müəllimlərin əmək haqları artırılmalıdır. Səhiyyə sahəsində problemlər var və düsünürəm ki qısa zaman kəsiyində bu sahədədə islahatlara başlamaq lazımdı. Əsasəndə əyalətlərdə səhiyyə sahəsində özbaşınalıq , süründürməçilik kütləvi hall alıb. Son zamanlar qeyri-neft sektorunda və Diaspora sahəsində irəlləyişlərin sahidi oluruq. Hansı işlərin görülməsinin zəruriyilinə gəlincə isə təhsilin keyfiyyətini yüksəltmək, gənclərin işlə təmin edilməsini sürətləndirmək və onların asudə vaxtlarını səmərəli təşkil etmək lazımdır ki, yeniyetmələrdən radikal dini cərəyanlar yem kimi istifadə edə bilməsin. Əsasəndə əyalətlərdə pensiya təyinatında səffaflıq prinsiplərini gözləmək lazımdı. Və ən ümdə vəzifəmiz millətin ruhunu özünə qaytarmaq,onlarda təəssübkeşlik və vətənsevərlik hisslərini gücləndirmək olmalıdır. Çünki hər şeydən öncə bunlarsız yaşayan xalqın, millətin və təbii ki, dövlətin gələcəyi mütləq sual altına düşür.
-Ölkədə bir sıra mal və xidmətlərin baha olması monopoliya ilə əlaqələndirilir. Sizcə inhisarçılığın aradan qaldırılması üçün ilk olaraq hansı addımlar atılmalıdır?
–Təbii ki, monopoliy və bu sahədə xüsusi marağı olan şəxslər var. Ancaq buna baxmayaraq bu əks qütbə qarşı mübarizə aparıan siyasi gücə sahib iqtidar vardır ki, həmin iqtidar bu prosesi tənzimləmək və bu inhisarçılığın qarşısını almaq üçün bir sıra addımlar atır. Heç düşündünüzmü ki, iki-üç nazirliyi birləşdirməklə Mikayıl Cabbarovun yeni vəzifəyə təyin edilməsi bu inhisarçılığın qarşısını almağa hesablanmışdı…Bu faktın özü monopoliyanı aradan qaldırmaq üçün islahatların baslanması deyildimi?. Düşünürəm ki, bu sualınıza müəyyən qədər cavab verə bildim. Beləliklə, qısa müddət ərzində inhisarçılıq və monopoliya kimi anlayışlar dilimizin lüğət tərkibindən çıxacaqdır. Buda ölkədə aparılan siyasi-iqtisadi islahatlarla əlaqədardır. Təbii ki, bütün bunlar düşündüyümüz qədər asan məsələ deyl,çünkü hələdə monopolist məmurlar yüksək postlarda oturaraq islahatlara maneə olmaq istəyirlər.
-Fevralın 9-da Milli Məclisə seçkilər keçiriləcək. Sizcəyeniparlamentintərkibindəkimlərolmalıdır?
–Əslində bayaqdan sizdən bu saulı gözləyirdim. Ümumilikdə Milli Məclisin buraxılması ilk öncə qeyd etdiyim kimi islahatların başlanğıcı və ölkədə siyasi vəziyyətlə əlaqədardır. Milli Məclisdə gənclər və bu gəncləri doğru yola, maarifçiliyə istiqamətləndirən şəxslər təmisil olunmalıdır. Eyni zamanda onlar ölkənin milli maraqlarına xidmət edən şəxslər olmalıdırlar. O, səxslər ki, yalnız seçkidən-seçkiyə seçicilərlə görüşüb onlara ötəri vədlər verir, bu tip insanlarin Milli Məslisdə təmsil olunmağına imkan vermək lazım deyil.Millət vəkili xalqın, seçicilərin, qanunun yanında olmalıdır. Düsünürəm ki, uzün illərdirdir Milli Məclisdə ağzına su alıb susan,danışa bilməyən,ancaq özünü və ətrafını düşünən, seçicinin və dövlətimizin maraqlarını ali tribunada səsləndirmək iqtidarında olmayan səxslər millət vəkilliyinə layiq deyil. Hər kəs öz bildiyi işdən başlasa daha da yaxsı olar.
Həmsöhbət oldu:
Nəzirməmməd Zöhrablı









