Sabunçuda ağacları kəsib yerində obyekt tikirlər? – Video

Sabunçuda ağacları kəsib yerində obyekt tikirlər? – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev ünvanında ağaclar məhv edilərək yerində tikinti işləri aparılır.

Bu barədə Tribuna.az-a qəsəbə sakinləri məlumat verib. Bildiriblər ki, sözügedən ərazidə bir müddətdir tikinti işləri başlayıb. Sakinlərin iddiasına görə, işlər qanunsuz formada aparılır.

Sakinləri narahat edən digər məqam isə ərazidəki yaşıllıqların məhv edilməsidir. Onlar bildirib ki, sözügedən ərazi əvvəllər ağaclarla zəngin olub. Gizli formada ağaclar kəsilərək ərazi hasarlanıb. İndi isə ərazidə tikinti işləri aparılır.

Ağacların kəsilməsi və belə qanunsuz tikililərin artması sakinləri narahat edir. Bununla bağlı onlar Sabunçu rayon İcra Hakimiyyətinə müraciət də ediblər.

Lakin icra hakimiyyətindən sakinlərin müraciətinə hələlik cavab verən olmayıb.

Sakinləri marahat edən məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Sabunçu rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Lakin heç bir qurumdan sorğumuza hələlik heç bir cavab verilməyib.

Cavab veriləcəyi təqdiqdə qarşı tərəfin də mövqeyini oxucularımıza çatdıracağıq.

Gülşən Rəsul