Ronaldinyo İtaliyanın “Ravenna” klubu ilə müqavilə imzalayacaq

Ronaldinyo İtaliyanın “Ravenna” klubu ilə müqavilə imzalayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın əfsanəvi futbolçusu, “Qızıl top” mükafatı laureatı Ronaldinyo İtaliyanın “Ravenna” klubu ilə müqavilə imzalayacaq.

Tribuna.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Ariedo Braida ANSA agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ronaldinyonun transferi yaxın günlərdə rəsmən təqdim olunacaq. Braida futbolçunun meydançaya çıxıb-çıxmayacağı barədə qəti fikir bildirməyərək bunun hələlik dəqiqləşmədiyini qeyd edib.

Transferin rəsmi təqdimatı iyunun 23-də Mayamidə keçiriləcək.

Qeyd edək ki, Ronaldinyo peşəkar futbolçu karyerasını 2018-ci ildə başa vurduğunu açıqlamışdı.