Riçard Almeyda “Qarabağ”dan getdi

Riçard Almeyda “Qarabağ”dan getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyalı futbolçu Riçard Almeyda “Qarabağ”dan ayrılıb.

TİA.AZ  xəbər verir ki, bu barədə futbolçu özü Qazaxıstanın Sports.kz saytına açıqlamasında bildirib.

O, yeni klub axtardığını deyib: ““Qarabağ”dan ayrılmışam. Agentim yeni klubla danışıqlar aparıb. Amma hələ qərar verməmişəm. İndi tətildəyəm və bir neçə gün sonra qərarımı açıqlayacam”.