“Real” argentinalı ulduzla razılığa gəldi

“Real” argentinalı ulduzla razılığa gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Real Madrid” klubu növbəti transfer hədəfini müəyyənləşdirib.

 Tribuna.az xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi İngiltərənin “Çelsi” komandasında çıxış edən argentinalı yarımmüdafiəçi Entso Fernandesi heyətinə qatmaq istəyir.

İddialara əsasən, “Kral klubu” futbolçu ilə şəxsi şərtlər üzrə ilkin razılıq əldə edib. Hazırda klub rəhbərliyi transferin reallaşdırılması üçün “Çelsi”yə rəsmi təklif göndərməyə hazırlaşır.

25 yaşlı oyunçu geridə qalan mövsümdə London təmsilçisinin əsas simalarından biri olub. O, bütün turnirlərdə meydana çıxdığı 54 qarşılaşmada 15 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Real Madrid” daha əvvəl də “Çelsi”nin heyətindən Mark Kukurelyanı transfer edərək müdafiə xəttini gücləndirmişdi. İndi isə Madrid klubunun diqqəti Entso Fernandesin keçidinə yönəlib.

Transferin baş tutub-tutmayacağı yaxın günlərdə məlum olacaq.