Madrid “Real”ı “Atletiko”nun futbolçusu Xulian Alvarez üçün 150 milyon avro transfer məbləği təklif etdiyi ilə bağlı paylaşım edib.
Tribuna.az xəbər verir ki, “Atletiko” isə rəsmi instaqram hesabında həmin paylaşımı yayaraq təklifə lağ edib.
Onlar “Real”ın paylaşımına “siz bizi “Barselona”dan daha çox güldürürsünüz” şərhini verib.
Belə ki, “Atletiko” bu mövsüm komandanın ən yaxşılarından olan Xulian Alvarezi satmaq niyyətində deyil. Bundan öncə “Barselona” da futbolçunu almaq istəyirdi. Lakin madridlilər katalonların təklifinə “yox” deyib.
“Atletiko” Alvarez üçün 500 milyon avro transfer haqqı təyin edib. Klub rəhbərliyi bildirib ki, bu məbləği ödəyən futbolçunu heyətinə qata bilər.










