Qazaxıstandakı təyyarə qəzasından körpə belə XİLAS EDİLDİ – VİDEO

Qazaxıstandakı təyyarə qəzasından körpə belə XİLAS EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün Qazaxıstanın “Bek Air” şirkətinə məxsus “Fokker 100” təyyarəsi Alma-Ata hava limanı yaxınlığında qəzaya uğrayıb.
TİA.AZ  Rusiya mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkələrdə qəzada sağ qalan sərnişinlərin xilasedilməsi ilə bağlı görüntülər yayılıb. Görüntülərdə polis əməkdaşının təyyarə qalıqları arasından ağ kombinzon geyinmiş körpəni qucağına alaraq təcili yardıma çatdırması hər kəsi duyğulandırıb.
Körpəni xilas edən polis əməkdaşının sözlərinə görə, uşağın anası əli və ayaqlarından ağır yaralanmışdı: “Biz əməkdaşlarımızla birlikdə sağ qalan sərnişinləri xilas edirdik. Təyyarənin düşdüyü yerdən kənarda bir qadın yerə uzanmışdı, üzərində də körpə var idi. Qadının ayaqları və sağ əli ağır yaralanmışdı, sol əli ilə də körpəsini tutmuşdu. Mən qazax dilində ona dedim ki, uşağı götürüb təcili yardıma verəcəm”.

İlahə Hüseynova