“Qarabağ” onlarla müqaviləni yenilədi

“Qarabağ” onlarla müqaviləni yenilədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” klubu akademiyanın baş koordinatoru Aftandil Hacıyev, baş məşqçilər – Maksim Medvedev və Rəşad Sadiqovla müqavilənin müddətini uzadıb.

Tribuna.az xəbər verir ki, bu barədə akademiyanın meneceri Nail Kərimov məlumat verib.

Rəşad Sadiqov Ağdam klubunun U-19 komandasına, Maksim Medvedev isə əvəzedicilərə başçılıq edir.

Klub rəsmisi bildirib ki, əvəzedicilər liqası ləğv olunsa, M.Medvedev başqa işlə təmin olunacaq. O, son olaraq U-16-nın baş məşqçisi olan Rauf Əliyevlə vidalaşdıqlarını təsdiqləyib.