“Qarabağ”ın rəqibi müəyyənləşir

“Qarabağ”ın rəqibi müəyyənləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gələcək. 

Tribuna.az xəbər verir ki, turnirin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutacaq.

Tədbir Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

“Qarabağ”ın 1-ci təsnifat mərhələsində mümkün rəqiblərinin tam siyahısı belədir:

– “Jilina” (Slovakiya);

– “Voyvodina” (Serbiya);

– “Universitatya Kluj” (Rumıniya);

– “Alüminiy” (Sloveniya);

– “Derri Siti” (İrlandiya);

– “Vestri” (İslandiya).

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.