“Qarabağ” 21 yaşlı braziliyalı hücumçu Daniel Troiano ilə müqavilə imzalamaq üçün danışıqlar aparır.
Tribuna.az xəbər verir ki, bu barədə “Central do Laion” nəşri məlumat yayıb.
Bildirilib ki, müqavilə ilə Braziliyanın “Fortaleza” klubuna məxsus olan forvard son mövsümü “Floresta” klubunda keçirib. Onun “Fortaleza” ilə müqaviləsi isə iyulun 18-də başa çatacaq.
Nəticədə futbolçu Ağdam klubuna azad agent kimi gələcək. Tərəflər arasında ilkin razılığın olduğu da qeyd edilib.









