Putin Qızıl meydanda xokkey oynadı – Video

Putin Qızıl meydanda xokkey oynadı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Moskvada Qızıl meydanda Gecə Xokkey Liqası çərçivəsində keçirilən matçda buz üstünə çıxıb. Bu barədə “TASS” agentliyi xəbər verib.

O, adətə uyğun olaraq, 11 nömrəli sviteri geyinib. Onunla bərabər Müdafiə naziri Sergey Şoyqu, eləcə də milli xokkeyin əfsanələri – Pavel Bure, Valeri Kamenski, Sergey Födorov, Aleksey Kasantonov və digərləri çıxış edib.

Qarşı komandada Moskva vilayətinin qubernatoru Andrey Vorobyov, Tulanın qubernatoru Aleksey Dümin, biznesmenlər Qennadi Timçenko, Vladimir Potanin və Roman Rotenberq və musiqiçi İqor Butman yer alıblar.

Matçda Putinin komandası rəqibinə 8:5 hesabı ilə qalib gəlib.